Tezliklə istifadəyə verilir

Filiallarını rəqəmlərlə idarə et

Bilgix çox filiallı təhsil mərkəzləri üçün idarəetmə platformasıdır. Qeydiyyat, ödəniş, hədəflər və hesabatlar bir yerdə: hansı filialın niyə geri qaldığını gecikmədən görürsən.

Filial müqayisəsi
Bu ay
Qeydiyyat
412
+18% keçən ilə
Konversiya
34%
+4 bənd
Ödəniş
96%
vaxtında
Qeydiyyat hədəfinin icrası
Filial 1
92%
Filial 2
84%
Filial 3
76%
Filial 4
71%
Filial 5
62%
Filial 5: hədəfdən 38% geri, müraciətlərin yarısı cavabsız qalıb
Nümunə görünüş, rəqəmlər şərtidir

Sadə CRM deyil, idarəetmə alətidir

Davamiyyət və ödəniş qeydi hər proqramda var. Bilgix rəhbərə daha vacib sualın cavabını verir: nə baş verir, niyə baş verir və kim müdaxilə etməlidir.

Filial müqayisəsi

Bütün filialların qeydiyyat, gəlir və şagird göstəriciləri bir ekranda, keçən illə yanaşı.

Hədəf və KPI

Gündəlik və aylıq hədəflər, icra faizi və hədəfə qalan say avtomatik hesablanır.

Müraciət konversiyası

Müraciətdən qeydiyyata qədər hər mərhələ izlənir, cavabsız qalan valideyn itmir.

Ödəniş nəzarəti

Gecikən ödənişlər, endirimlər və hər dəyişikliyin tarixi, kimin etdiyi və səbəbi ilə.

Bonus və maaş hesabı

Əməkdaşların nəticəyə əsaslanan bonusu və müəllim maaşı əl ilə hesablamadan.

Avtomatik hesabatlar

Rəhbərə gündəlik xülasə, yeni xərclər və vacib hadisələr barədə Telegram bildirişləri.

Fərq harada başlayır?

Sadə uçot proqramı nə baş verdiyini yazır. Bilgix isə niyə baş verdiyini göstərir və rəhbərə harada müdaxilə lazım olduğunu deyir.

İmkan
Sadə uçot proqramı
Bilgix
Şagird qeydiyyatı və davamiyyət
Ödənişlərin qeydi
Filiallar arası müqayisə, keçən illə yanaşı
Gündəlik və aylıq hədəf, icra faizi
Müraciətdən qeydiyyata konversiya
Ödəniş dəyişikliyinin tarixçəsi: kim, nə vaxt, niyə
Nəticəyə əsaslanan bonus və maaş hesabı
Rəhbərə avtomatik gündəlik hesabat və Telegram bildirişi
Çox filiallı təhsil mərkəzinin real gündəlik işi əsasında qurulur.
İlk tanış olanlardan ol

Demo üçün müraciət et

Məlumatlarını qoy, Bilgix istifadəyə veriləndə səninlə əlaqə saxlayaq və sistemi öz mərkəzinin nümunəsində göstərək.

Məlumatların yalnız səninlə əlaqə üçün istifadə olunur.